2 İyun 2021 10:47
1 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tək yaşadığı evində ölən bir qadının cəsədinin pişikləri tərəfindən yeyildiyi ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, hadisə İspaniyanın paytaxtı Madrid şəhərində baş verib.

Qonşular 79 yaşlı Klara İnes Tobonun evindən gələn pis qoxu və yığılan milçəklər barədə polisə məlumat veriblər.

Tobonun evinə gələn polis girdiyi mənzildə qadının cansız bədəni ilə qarşılaşıb. Qadının gövdədən yuxarısının heyvanlar tərəfindən yeyildiyi bəlli olub.

Polis evdəki pişiklərdən beşinin öldüyünü, yalnız ikisinin sağ qaldığını bildirib. Sağ qalan iki pişik heyvan baxım mərkəzinə aparılıb.

Kolumbiyalı olan və 1996-cı ildən bəri eyni mənzildə yaşayan Tobonun COVID-19 səbəbindən öldüyü açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər