Suriyanın Menbiç şəhərində insanlar PKK terror təşkilatına qarşı küçələrə çıxıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb PKK-nın 250 gənci zorla terror təşkilatı sıralarına qatmaq cəhdi olub.
Əhali şəhərə giriş-çıxışı bağlayıb, yollarda barrikadalar qurulub. Eləcə də PKK-nın onlarla qərargahı və nəzarət postları dağıdılıb. Əhali PKK-nın bölgəni tərk etməsini tələb edib.
Menbiçdə PKK-ya qarşı başlanan üsyana rəhbərlik edən Kahtan Şarki deyib ki, regionda bütün böyük ailələr terror təşkilatına qarşı ittifaq içindədir. O, yeganə şərtlərinin PKK-nın 2016-cı ildən yerləşdiyi bu bölgəni tərk etmək olduğunu elan edib.