Fransada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Paris meri Ann İdalqo ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidmətindən məlumat verilib.
Baş nazir Parisdə bir meydana Ermənistanın adının verilməsi təşəbbüsünə verdiyi dəstəyə görə Ann İdalqoya təşəkkür edib.
Paris meri müharibədən sonra Ermənistandakı vəziyyətdən danışaraq, növbəti dəfə işğalçı ölkəyə dəstəklərini əsirgəməyəcəklərini bildirib:
“Bizim və Ermənistanın taleyi bir-birinə bağlıdır. Ermənistanı tək qoymayacağıq”.
O, qondarma erməni soyqırımını inkar edənləri cinayət məsuliyyətinə cəlb etmək üçün ardıcıl addımlarını davam etdirəcəyinə də söz verib.