Mafiya lideri Sedat Pekerə yaxınlığı ilə tanınan Boban Tomovski adlı mütəşəkkil cinayətkar dəstənin lideri İstanbulda saxlanılıb.
Teleqraf.com xəbər verir ki, narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən Tomovski Səbiha hava limanında tutulub.
Makedoniyada Pekerlə tez-tez görüşən Tomovski Türkiyədən Misirə getmək istəyirmiş.
Sosial şəbəkə hesablarında hazırda BƏƏ-də olan Sedat Pekerlə fotolarını paylaşan Tomovskinin bir neçə dəfə Türkiyəyə gəldiyi bildirilir.
Qeyd edək ki, Türkiyədə Sedar Pekerə cinayət işi açılıb, barəsində qiyabi həbs cəzası verilib.