ABŞ müdafiə nazirliyi xarici ölkələrə 500 agent göndərməyi planlaşdırır.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Washington Post qəzeti adının açılanmasını istəməyən məmura istinadən məlumat yayıb.
ABŞ-ın xaricə göndərəcəyi 500 nəfər gizli fəaliyyətlə məşğul olacaq.
2012-ci ildə Pentaqon Defense Clandestine Service layihəsi çərçivəsində xarici ölkələrdə 1000 agent yerləşdirməyi planlaşdırırmış. Lakin ciddi tənidlərə məruz qaldığından bu plana yenidən baxılıb.
Əvvəlehtimal edilirdi ki, Pentaonun agentləri antiterror missiyasının tərkibində Mərkəzi Kəşfiyyat İdarəsi və Xsusi Əməliyyatlar Komandanlığı ilə işləyəcəklər.
İndisə məxfi agentlərin sayının 500 nəfər olacağı, onların Pentaon üçün məlumat toplayacağı bildirilir.
Agentlərin bütün dünya üzrə mürəkkəb vəziyyətin movcud olduğu ölkələrə, o cümlədən "Əl Kaidə"və İŞİD-in fəaliyyət göstərdiyi Yaxın Şərq ərazilərində göndərilməsi planlaşdırılır.
Nihad