3 İyun 2021 01:16
9 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin silah sənayesi davamlı olaraq, türk ordusunu 140-dan çox pilotsuz uçan aparatla (PUA) ilə təchiz edib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “National News” nəşri yazıb.

Məqalədə qeyd olunub ki, Türkiyənin xaricdə nüfuz qazanmaq üçün dronlarından “texnoloji millətçilik” kimi istifadə edir:
“Türkiyə kimi orta səviyyəli bir güc zehin və məhdud büdcəsindən istifadə edərək nələr edə biləcəyini göstərdi. Bu, digər Avropa ölkələri üçün bir xəcalətdir.

Döyüş sahəsindəki qabiliyyətlərini sübut edən Türkiyənin yerli sistemləri öz performansları ilə artıq digər dövlətlərin maraq dairəsinə girib. Türkiyənin dron proqramının böyüklüyü və müvəffəqiyyəti, xüsusilə qərb məhsullarından ucuz qiymətə olması digər qonşu gücləri və onların silah sənayelərini ciddi suallar qarşısında qoyur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər