Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları döyüş hazırlığı tədbirləri həyata keçirir, müşahidə məntəqələrinə hücumları dəf etmək və mülki şəxslərə qarşı pozuntuların qarşısını almaq üçün təlimlər keçirirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilib.
Məlumatda qeyd edilib ki, siqnal alındıqdan sonra sülhməramlılar əvvəlcədən təchiz olunmuş mövqelərdə ən qısa müddətdə müdafiə mövqelərini tutmağa hazırdırlar.
Sülhməramlıların üçtərəfli razılaşmalara əməl olunmasına nəzarəti də həyata keçirdikləri diqqətə çatdırılıb.
Son bir həftə ərzində sülhməramlıların məsuliyyət zonasında atəşkəs pozuntularının qeydə alınmadığı, rus hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər qeyd olunmadığı bildirilib.