3 Noyabr 2014 03:14
1 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatı (BMT) qlobal istiləşmə, dəniz səviyyəsinin artması və iqlim dəyişiklikləri ilə bağlı son hesabatını açıqlayıb.

Hesabatda qeyd olunur ki, nəzərdən keçirilən bütün ssenarilərə görə, XXI əsr ərzində planetimizdə istiləşmə artacaq. Teleqraf.com-un məlumatına görə, bunu şərtləndirən amil okeanların səthindəki 75 metrlik üst qatın tempuraturunun 1971-2010-ci illər arasında tədricən yüksəlməsidir.

Aparılan hesablamalara görə, tempratur hər 10 ildə orta hesabla 0,11 dərəcə artır. Bu isə Antarktidanın bir hissəsində buzlaqların qismən əriməsinə səbəb olur.

Hesabatda bildirilir ki, XIX əsrin ortalarından etibarən dəniz səviyyəsindəki yüksəlmə son 2 min ildə olandan daha çoxdur. 1901-2010-ci illərdə dəniz səviyyəsi 19 santimetr artıb.

BMT-nin İqlim hesabatında qlobal istiləşmə, dəniz səviyyəsinin yüksəlməsi və iqlim dəyişikliklərin davam edəcəyi proqnozlaşdırılır: “Okeanların tempuraturu və dəniz səviyyəsi getdikcə yüksələcək. İstixana qazlarının həcmi kəskin azaldılsa da, iqlim dəyişikliyinin təsirləri əsrlər boyu davam edəcək”.


Müəllif:

Oxşar xəbərlər