3 İyun 2021 12:26
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə ilk dəfə bir ərəb partiyası Baş nazir Binyamin Netanyahunun rəqibləri - “Yeş Atid” (“Gələcək var”) və “Yamina” partiyaları tərəfindən qurulmasına razılıq verilmiş hökumətə qoşulacaq.

Teleqraf.com xəbər verir ki, İsrail vətəndaşı fələstinlilər tərəfindən qurulan və parlamentdə 4 millət vəkilinin olduğu Birləşmiş Ərəb Liqasının (“Raam”) lideri Mənsur Abbas koalisiyaya qoşulmaq üçün imza atıb.

Hökumətdən etimad səsini ala bilsə, “Raam” da yeni hakim komandada yer alacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər