İraq Kürd Regional Parlamenti türkman ləhcəsini rəsmi dil olaraq qəbul edib.
Axar.az xəbər verir ki, bölgədə əhalinin 20 faizini təşkil edən türkmanlar barədə qanun parlamentə təqdim edilib.
İraq Türkman Cəbhəsi millət vəkili Aydın Maruf qanunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, Kürdüstan bölgəsində kürd və ərəb dilindən sonra türkman dilinin də rəsmi dil satusu alması sabitliyə böyük töhvə verəcək.
Qeyd edək ki, türkman dili 1993-cü ildən məktəblədə tədris edilir.
Bölgədə türkcə təhsil verən 16 məktəbin olduğunu vurğulayan Maruf minlərlər şagirdin Ərbildə "Türk dili və ədəbiyyatı" bölümündən məzun olduğunu deyib.
İraqda 2 milyon türkmanın yaşadığı bildirilir.