İqtidardakı “Mənim Addımım” blokundan parlament sədrinin müavini Lena Nazaryan deputat Taquhi Tovmasyanın tribunadakı çıxışından sonra onu “axmaq” adlandırıb.
Teleqraf.com xəbər verir ki, Tovmasyan Qarabağda ölən hərbçilərin cəsədlərinin düzgün saxlanılmaması ilə bağlı qalmaqala və bundan sonra səhiyyə nazirinin bununla bağlı açıqlamasına toxunub.
Deputat qeyd edib ki, həlak olanlara qarşı belə bir münasibət göstərən hökumət cəmiyyətə yanlış mesaj verir, indi heç kim həyatını və sağlamlığını Ermənistan uğrunda qurban vermək istəmir.
Tovmasyan Qarabağda həlak olanların cəsədlərinin İrəvanda gizlədildiyini və onlara ləyaqətsiz münasibətin sərgiləndiyini bildirib. O, buna görə, cəmiyyətdən üzr istəyən səhiyyə nazirinin sözlərini də xatırladıb.
“Hazırkı hökumətin mesajı budur ki, sağ qalan vətəndaşlar qısa müddətdə boş kisələri meyitlərlə dolduracaqlar”, - Tovmasyan bildirib.
Deputat çıxışını yekunlaşdıran kimi Lena Nazaryan sakitcə deyib: “Axmaq”.
Xanım vitse-spiker sadəcə mikrofonunu söndürməyi unudub.