İraq polisi İŞİD terror qruplaşmasının üzvlərinə aid çox sayda narkotik tərkibli həblər aşkarlayıb.
Diyala polis rəisi Fərik Cəmil Şəməri İŞİD silahlılarından 80 faizinin bu həblərdən istifadə edərək döyüşə girdiyini bildirib.
Teleqraf.com-un məlumatına görə, , Hemrin dağında İŞİD silahlılarına qarşı keçirilən əməliyyatda qruplaşma üzvlərinə aid mağaralardan tapıldığını deyib.
Qeyd edək ki, daha əvvəl İraq polis mənbələri İŞİD şəriət məhkəmələrinin qərarına əsasən siqaret yasağına riayət etməyənlərin ictimaiyyətin qarşısında 20 dəfə şallaqlandığını bildirmişdi.