Rusiyada müzakirələrə səbəb olacaq qeyri-adi hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, polis həbs etdiyi şəxsi avtomobilə əyləşdirərək idarəyə aparmağa çalışıb.
Lakin saxlanılan şəxs yolun ortasında polis avtomobilinin arxa qapısını açaraq qaçıb.
Bunu fərq edən polis əməkdaşları avtomobili yolun ortasında saxlayaraq həmin şəxsi tutmağa çalışıblar. Qısa müddət ərzində tutulan şəxs yenidən avtomobilə mindirilərək polis idarəsinə aparılıb.