4 İyun 2021 11:02
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Çinin 58 müdafiə və nəzarət şirkətinə Sincar Uyğur Muxtar Bölgəsi və Honkonqda insan haqlarını pozmaqda rol oynadığına görə sanksiya nəzərdə tutulan qanunu imzalayıb.

Teleqraf.com xəbər verir ki, Baydenin yeni imzaladığı qərarda “istehsal və ya tətbiq etdikləri texnologiyanın Sincarda müsəlmanları, Honkonqda siyasi fəalları zəiflətmək üçün Çin tərəfindən istifadə etdiyi təsbit edilən” 58 şirkətə ABŞ sanksiya layihəsi tətbiq etdiyi açıqlanıb.

Qərarda çinin bu addımlarının insan haqlarını pozduğu və bu şirkətlərin istehsal etdiyi texnologiyalarla Çinə dəstək göstərdiyi vurğulanıb.

Qanun layihəsinin avqustun 2-dən tətbiq ediləcəyi bildirilir. Ehtimal olunur ki, bu siyahıya zamanla daha bir neçə Çin şirkətinin adı əlavə olunacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər