5 İyun 2021 12:00
1 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ölkəsini “geriləyən güc” adlandıran İngiltərə xarici kəşfiyyatının (MI6) rəhbəri Riçard Mura təpki göstərib.

Teleqraf.com xəbər verir ki, o, kəşfiyyat şefini münasibətləri pozmamağa çağırıb.

“O, bu vəzifədə hələ yenidir, böyük ehtimalla bir az təcrübə qazandıqdan sonra Rusiyanın geriləyən güc olub-olmadığını yenidən nəzərdən keçirəcək”, - Putin bildirib.

Rusiya lideri Muru rahat həyatını yaşamağı tövsiyə edib:

“Niyə narahatsan, sadəcə həyatını yaşa, Rusiya-İngiltərə münasibətlərini daha çox pozmağa çalışma”.

Keçən il iki ölkə arasındakı əlaqələrin yaxşı olduğunu deyən Putin qeyd edib ki, əlaqələrə müdaxilə olmasa, hər şey daha da yaxşı olacaq.

Qeyd edək ki, Riçard Mur bundan əvvəl Rusiyanı “geriləyən güc” adlandırıb: “Rusiyanın iqtisadi və demoqrafik olaraq gerilədiyi dəqiqdir”.

Mur Rusiyanın təhlükəli davranışlara yol verdiyini bu səbəbdən də, Qərb ölkələrinin ona qarşı birlikdə hərəkət etdiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər