5 İyun 2021 10:52
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Mərkəzi Afrika Respublikası (MAR) BMT-yə ödəməli olduqları pul ödənişini gecikdirdikləri üçün Baş Assambleyada səsvermə hüquqlarını müvəqqəti olaraq itirib.

Teleqraf.com xəbər verir ki, BMT Baş katibi Antonio Quterreş Baş Assambleyanın sədri Volkan Bozkıra göndərdiyi məktubda İran və MAR-ın borclarını vaxtında ödəyə bilmədiklərini bildirib.

BMT Baş Assambleyasının sözçüsü Brenden Varma jurnalistlərə açıqlamasında İran və MAR-ın bu mərhələdə sözügedən qurumda səs vermək hüququnun olmadığını qeyd edib.

İran bu hüquqlarını bərpa etmək üçün ən az 16 milyon 251 min dollar, MAR isə 29 365 dollar ödəməlidir.

BMT Nizamnaməsinin 19-cu maddəsinə görə, bir ölkənin quruma olan borcu son 2 ildəki ödənişindən çoxdursa, bu ölkənin qurumun Baş Assambleyasında səsvermə hüququ dayandırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər