Çində “Sinovac Biotech” kompaniyasının istehsal etdiyi koronavirus peyvəndinin yetkinlik yaşına çatmayanlar arasında istifadəsinə razılıq verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə kompaniyanın idarə heyətinin sədri İn Veydun bildirib.
Peyvəndin kliniki sınaqlarının I və II fazasının ilkin nəticələri 3-17 yaş arası iştirakçılarda immun reaksiyasının mövcudluğunu və əksər hallarda yalnız kiçik yan təsirlər göstərib.
Çində 723 milyondan çox insan COVID-19 əleyhinə peyvənd olunub.
“Sinovac Biotech” kompaniyasının COVID-19 əlyehinə peyvəndin istifadəsinə Çində fevralın əvvəlində icazə verilib.