İngiltərə dönüşü olmayan bir nöqtəyə doğru hərəkət edir.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel danışıb. Onun sözlərinə görə, miqrasiya qanunlarına yenidən baxılması məsələsini gündəmə gətirən İngiltərənin Avropa Birliyi üzvlüyündən çıxarılmasının tərəfdarıdır.
İngiltərə hökuməti bununla bağlı açıqlama verməyib.
Qeyd edək ki, İngiltərənin baş naziri David Kameron işsiz və üç ay ərzində dolanışıqlarını təmin edəcək səviyyədə olmayan miqrantların ölkəyə buraxılmamasını və kənarlaşdırılmasını təklif edib.
Samir