“S-400” raket sistemlərinin istifadəsinə Türkiyə qərar verəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə parlamentinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Akif Çağatay deyib.
O, bu məsələnin artıq Türkiyə üçün bağlandığını, Rusiya ilə münasibətlərin ABŞ-a alternativ olmadığını söyləyib:
“Türkiyənin “S-400”lərlə bağlı atdığı addım NATO-dakı məsuliyyətimizə xələl gətirmir. Türkiyəyə ehtimal olunan hücumlara qarşı müdafiə ilə əlaqədar atdığımız və atacağımız addımlarla bağlı yanımızda olmayan və lazımi dəstək verməyən NATO-dakı müttəfiqlərimizin sərgilədiyi mövqeyə görə, “S-400” aldıq”.