5 İyun 2021 19:11
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin istifadə etdiyi “Airbus A340-200” tipli “5A-ONE” dövlət qeydiyyatlı təyyarəsi İstanbula gətirilib.

Teleqraf.com xəbər verir ki, 2014-cü ildən bəri Fransanın cənubundakı “Perpignan” hava limanından saxlanılan təyyarə Atatürk Hava Limanına eniş edib.

Baxım və təmir işləri tamamlandıqdan sonra təyyarənin dövlət xidmətində istifadə üçün Liviyaya göndəriləcəyi bildirilir.

Qeyd edək ki, 20 oktyabr 2011-ci ildə ölkəsindəki iğtişaşlar zamanı öldürülən Müəmmər Qəddafinin istifadə etdiyi təyyarə bu proseslərdən zərər görməməsi üçün Fransaya göndərilmişdi.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər