“Rusiya dolları dövlətin valyuta ehtiyatlarından çıxaracaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin deyib.
O, ABŞ valyutasının Milli Rifah Fondundan (NRF) çıxarıldıqdan sonra Rusiyada dolların taleyindən danışıb:
“Dollar qanunsuz deyil, hamısı işləyəcək, eyni zamanda bütün mübadilə məntəqələrində dəyişdirmək mümkün olacaq. Dolları şəxsi ehtiyatlarınızda saxlaya bilərsiz. Amma dövlət ehtiyatlarını başqa valyutalara ayıracaq”.
Kudrinə görə, Çin yuanı dollara alternativ ola bilər.
Rusiya maliyyə naziri Anton Siluanov bir neçə gün əvvəl qarşıdakı ayda NRF-nin strukturunda köklü bir dəyişikliyin olacağını açıqlayıb. Onun sözlərinə görə, dollar fondun ehtiyatından tam olaraq çıxarılacaq, heç ABŞ valyutası qalmayacaq.
Nazir qeyd edib ki, dollar hazırda fondun 35 faizini təşkil edir.