Belçikada 16-17 yaşındakı gənclər COVID-19 virusuna qarşı peyvənd olunacaqlar.
Teleqraf.com xəbər verir ki, 16-17 yaşlı gənclərə Pfizer BioNTech vaksini tətbiq ediləcək.
Ölkə rəhbərliyi bildirib ki, bu şəxslərin peyvənd olunması yoluxma sayının aşağı düşməsinə təsir göstərəcək.
Belçika karantin rejiminin yumşaldılması ilə bağlı da bəzi qərarlar qəbul edib. 9 iyundan etibarən ölkədə restoran, kafe və barların fəaliyyəti bərpa ediləcək.