6 İyun 2021 19:27
1 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Atlantika Alyansı – NATO bu gündən etibarən Baltik dənizində “Baltops 2021” beynəlxalq dəniz təlimlərinə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS Almaniya Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Manevrlərin iyunun 18-dək davam edəcəyi, təlimlərdə 40 hərbi-dəniz birləşməsinin, 60 təyyarə və 4 minə yaxın hərbçinin iştirak edəcəyi qeyd edilib.

Təlimlərdə ilk dəfə olaraq kiber hücumlar zamanı müdafiə taktikası barədə də bilgi veriləcək.


Müəllif: Səxavət Həmid