Hollandiyalı sprinter Sifan Hassan 10 000 metr məsafəyə qaçış üzrə yeni dünya rekorduna imza atıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Dünya Yüngül Atletika Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, idmançı Hengelo yarışında dünya rekordunu qırıb.
Hassan 29 dəqiqə 6,82 saniyəyə finişə çatıb. Əvvəlki rekord isə 29 dəqiqə 17,45 saniyə idi. Bu rekord efiopiyalı Almaz Ayana tərəfindən 2016-cı ilin avqust ayında Rio-de-Janeyrodakı Yay Olimpiya Oyunlarında qeydə alınmışdı.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü Sifan Hassan da Efiopiya mənşəlidir. O, 2008-ci ildə qaçqın kimi Niderlanda sığınıb. 2013-cü ildə vərəndaşlıq alıb. Bundan sonra beynəlxalq çempionatlarda iştirak etmək hüququ qazanıb.