8 İyun 2021 11:15
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kiyev ABŞ Prezidenti Co Baydenin Ukraynanın NATO-ya qoşulma fikri barədə dediyi sözləri səhv şərh edib”.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurası məlumat verib.

Qəzet qeyd edib ki, Baydenin ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığından sonra Ukrayna hökuməti ziddiyyətli açıqlama verib:

“Kiyevin açıqlamasında bildirilib ki, Bayden Ukraynaya NATO üzvlüyü üçün fəaliyyət planın təqdim edilməsinin vacibliyini vurğulayıb. Ağ Ev ABŞ prezidentin adından nümayiş etdirilən bu mövqeni təkzib edir. Ukrayna bu ifadəni səhv xarakterizə edib”.

Bundan əvvəl Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak prezidentlərin Ukraynanın alyansa mümkün üzvlüyünü təhlükəsizlik imkanlarını gücləndirmək üçün əsas vasitə olaraq müzakirə etdiklərini söyləyib. Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak da Baydenin ölkənin Avroatlantik inteqrasiyasını dəstəklədiyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər