8 İyun 2021 19:15
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Katolik dünyasının və Vatikan kilsəsinin ruhani lideri Papa Frensisk Kanadada bir katolik kilsəsinə aid bir məktəbin bağçasında 215 uşağın cəsədinin tapılmasını kədərlə izlədiyini bildirsə də, üzr istəməyib.

Teleqraf.com xəbər verir ki, papa Vatikanda ənənəvi duadan sonra Britaniya Kolumbiyası ştatındakı bir hindu internat məktəbinin ərazisində 215 uşağın cəsədinin tapılması məsələsinə toxunub.

“215 uşağın cəsədinin tapılması ilə bağlı Kanadadan gələn xəbərləri ağrılı şəkildə izləyirəm. Kanada yepiskoplarına, Kanadadakı Katolik Kilsəsinə və Kanada xalqına yaxın olduğumu bildirirəm”, - Frensisk bildirib.

Həyatını itirən uşaqlar üçün dua etdiyini bildirən papa Kanada ictimaiyyətinin üzr tələblərini cavabsız qoyaraq üzr istəməyib.

Qeyd edək ki, 1831-1996-cı illər arasında fəaliyyət göstərən kilsə internat məktəbi təxminən 150 000 evlərindən və ailələrindən zorla alınan hindu uşağına ev sahibliyi edib. Bu kimsəsiz uşaqlardan bir çoxu fiziki və cinsi təcavüz, qidalanma səbəbiylə həyatını itirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər