3 Noyabr 2014 12:32
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda gəmi batıb. Faciə nəticəsində xeyli ölən və itkin olduğu bildirilir.

Teleqraf.com xəbər verir ki, gəmidə ən azı 30-40 nəfərin olduğu və indiyə qədər 6 nəfərin xilas edildiyi məlumdur.


Qanunsuz miqrantları daşıdığı iddia edilən gəmidən bir neçə nəfərin xilas edildiyi bildirilir. Sahil Təhlükəsizlik Komandalığı və Sahil Polis İdarəsinin əməkdaşları tərəfindən xilas etmə tədbirləri davam etdirilir.


Xilasetmə işlərinə qoşulan bir balıqçı “indiyə qədər 10-12 meyit aşkar olunub. Bir nəfəri huşsuz vəziyyətdə sudan çıxartdıq. Gəmi yarıbatmış vəziyyətdə idi. Batan gəmi 30 nəfəri daşıyacaq böyüklükdə deyildi. Bizə elə gəlir ki, gəmi Bolqarıstana gedirdi” deyib.


Müəllif: