8 İyun 2021 21:42
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putinin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşünü işıqlandırmaq üçün 500-dən çox jurnalist akkreditasiya olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə İsveçrənin BMT-nin mənzil-qərargahındakı nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, 500-600 jurnalist artıq artıq akkreditasiya olunub və yeni müraciətlərə baxılır.

Məlumata görə, jurnalistlərin qeydiyyatı iyunun 11-i Bakı vaxtı ilə saat 12:00-dək davam edəcək.

Xatırladaq ki, Ağ ev və Kreml zirvə toplantısının iyunun 16-da Cenevrədə keçiriləcəyini təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər