Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 86 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 225 527 nəfər test edilib, onların 6609-nun koronavirus testi pozitiv nəticə verib, 5836 nəfər sağalıb, 1044 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 341 nəfər ölüb. Türkiyədə indiyədək 5 300 236 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 173 186 nəfəri müalicə olunaraq evə buraxılıb.