9 İyun 2021 10:28
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron ona edilən hücumdan danışıb.

Teleqraf.com xəbər verir ki, Fransa lideri bunu şəxsi aqressiya kimi dəyərləndirib və hər şeyin qaydasında olduğunu deyib.

Makron bu olayın insanları maraqlandıran məsələlərin önünə keçməməsini vacib sayıb.

“Hakimiyyət nümayəndələrinə hörmət edilməlidir. Mən bu mübarizədən heç vaxt vaz keçməyəcəyəm. Hakimiyyət nümayəndələrinə hücum müzakirə mövzusu olmamalıdır”, - Fransa prezidenti bildirb.

Fransa mediası dünən Makrona şillə vuran şəxsin Uzaq Şərq döyüşləri ustası olduğunu yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər