9 İyun 2021 11:44
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda Mİ-17 tipli model helikopterin yerə düşməsi nəticəsində 3 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə Əfqanıstanın Maydan Vardak vilayətinin Geqatu məntəqəsində baş verib.

Əfqanıstan Müdafiə Nazirliyi bəyan edib ki, qəzada 3 nəfər vəfat edib, 1 nəfər yaralanıb.

Taliban helikopterin onlar tərəfindən vurulduğunu açıqlayıb.

Qeyd edək ki, Əfqanıstanda vəziyyətin stabilləşməsi üçün danışıq cəhdləri davam edir.


Müəllif: Cavad