Meksikalı narkotik baronu “El Çapo” ləqəbli Quzmanın narkotik qaçaqmalçılığından həbs edilən arvadı Amma Koronel Aispuro prokurorluğun barəsində irəli sürdüyü ittihamları qəbul etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, sabah Aispurpo Vaşinqton federal məhkəməsinə çıxarılacaq.
O, “Sinaloa” mafiyasını idarə etməkdə Quzmana köməklik etdiyi haqda ittihamı qəbul edəcək.
Aispuro prokurorluqla anlaşma şərtlərinə əsasən ABŞ rəsmilərinə ərinin şərikləri və qohumları haqqında informasiya verməyəcək.
Xatırladaq ki, Quzmanın arvadı Aispuro fevralın 22-də Dallas hava limanında həbs edilib.
ABŞ prokurorluğu Aispuronun “Sinaloa” mafiyası daxilində ciddi mövqeyi olduğunu, ərinə narkotik qaçaqmalçılığında ciddi köməklik göstərdiyini iddia edir.
Xatırladaq ki, El Çapo 2001 və 2015-ci illərdə Meksikada həbs edilsə də həbsxanadan qaçmağa nail olub. 2016-cı ilin yanvarında saxlanılan mafiya lideri dərhal ABŞ-a təhvil verilib.
El-Çapo dünyanın ən böyük narkotik ticarətinə nəzarət edən mafiya qruplaşmasının lideri hesab olunur.