9 İyun 2021 13:17
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton və ətraf əyalətlərə hücum dən “Broad X” böcəkləri bu gün Prezident Co Baydeninin Avropaya başlayacaq tarixi səfərini izləyəcək jurnalistləri daşıyan təyyarənin saatlarla gecikməsinə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Baydenin İngiltərə, Brüssel və Cenevrəni əhatə edəcək Avropa səfərini müşahidə edəcək jurnalistəri daşıyan təyyarə Vaşinqton hava limanında havaya qalxmaq istəyərkən gözlənilməz bir maneə ilə qarşılaşıb.

Təyyarədə olan jurnalistlər bildirib ki, təyyarə saatlarla yerində qalıb. Səbəb isə böcəklərin səbəb olduğu texniki problemlər olub.

Qeyd edilib ki, əvvəlcə vitse-prezident Kamala Harrisin təyyarəsində, sonra isə Baydeni izləyəcək jurnalistləri aparan təyyarədə nasazlıq yaranıb. Böcəklərin təyyarənin motoruna vurduğu ziyanın aradan qaldırılması bir neçə saat çəkib.


Müəllif: Cavad