10 İyun 2021 16:17
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın sabiq informasiya və yayım naziri Firdous Aşiq Avan iştirak etdiyi verilişdə digər qonaq Pakistan Xalq Partiyasının (PXP) deputatı Qədir Mandokheliyə şillə vurub.

Teleqraf.com xəbər verir ki, canlı yayımda hər iki qonaq arasında kəskin debat müşahidə edilib.

Bunun ardınca xanım Avan onu korrupsiyada ittiham edən deputat Qədir Mandokhelini şillələyib.

Avan proqramdan sonra baş verənlər haqqında danışıb. Deyib ki, deputat ona qarşı pis dil üslubunda danşıb. Studiyada baş verənlərin hamısının yayımlanmadığını xatırladan sabiq nazir bütün görüntüləri yayımlmağı tələb edib. Bildirib ki, qısa süjet yayımlamaqla yalnız bir tərəf göstərilib: “Canlı yayım zamanı deputat məni təhdid etdi, rəhmətlik babam haqqında pis ifadələr işlətdi. Mən özümü müdafə etmək üçün bu addımı atdım".


Müəllif: Cavad

Oxşar xəbərlər