11 İyun 2021 08:25
237
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İran hökumətinin 3 sabiq nümayəndəsinə və iki şirkətə qarşı tətbiq olunmuş sanksiyaları ləğv edib.

Teleqraf.com xəbər verir ki, onlara qarşı sanksiya İranın neft ticarətində iştirak etdikləri üçün tətbiq edilmişdi.

Bildirilir ki, məhdudiyyətlərin ləğvinə səbəb “sanksiya altında olan şəxslərin və təşkilatların davranışlarında və ya statuslarında dəyişikliklərin təsdiqlənməsi” olub.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, bu addım “davranış və ya status dəyişikliyi halında ABŞ hökumətinin sanksiyaları ləğv etmək öhdəliyini nümayiş etdirir”.


Müəllif: Teleqraf.com