ABŞ Müdafiə Nazirliyi (Pentaqon) təhlükəsizlik yardımı proqramı çərçivəsində Ukrayna ordusuna elektron hərbi cihazlar daxil olmaqla 150 milyon dollarlıq hərbi yardım edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqon bəyan edib.
Pentqon qeyd edib ki, sözügedən 150 milyon dollar ABŞ Konqresinin 2021-ci il üçün müdafiə büdcəsindən Ukraynaya verilməsini nəzərdə tutan 250 milyon dollarlıq yardım paketinin bir parçasıdır.
Hərbi dəstək Ukrayna ordusunun rabitə, komanda, nəzarət və müdafiə qabiliyyətinə töhvə verəcək. Hərbi yardım paketində artilleriya atışlarına qarşı erkən xəbərdarlıq radarları, dronlara qarşı cihazlar və digər texnika daxildir.
Qeyd edək ki, bu ilin martın 1-də də Ukrayna ordusuna 125 milyon dollarlıq yardım edilib.