"Sincar və Mahmur bölgəsinə getmək lazımdır. Çünki Şimali İraq Muxtariyyətinin rəhbərliyi bunu edə bilmir. Sincar hadisəsini gördük. Aprelin 9-da aralarında razılaşma imzaladılar, daha da qarışıqlıq yarandı. Bu xəttin qırılması çox əhəmiyyətlidir və bunu ancaq Türkiyə edə bilər”.
Teleqraf.com xəbər verir ki, bu sözləri təhlükəsizlik məsələləri üzrə türk mütəxəssis Abdulla Ağar Türk Silahlı Qüvvələri və Milli Kəşfiyyat İdarəsinin şimali İraqda keçirdiyi əməliyyatları qiymətləndirərkən deyib.
Ağar qeyd edib ki, bölgədə durum mürəkkəbdir:
“Muxtariyyətin bu problemi həll edəcəyinə ümidim yoxdur. Türkiyə ilə əməkdaşlıq edilərsə, bu, inkişaf edə bilər. Türkiyə onlara müxtəlif formada dəstək verə bilər. Ancaq hazırda bu baş vermir”.
Məsud Bərzaninin getdikcə sıxışdırıldığını bildirən Ağar əlavə edib ki, Bərzani PKK ilə münasibətdə buraxdıqları səhvlərin cəzasını ödəyir:
“Bölgədə terrorun xəttini qıra biləcək yeganə güc Türkiyədir”.