Fransada minlərlə gəncin qoşulduğu gecə partisinə polis basqın edib.
Teleqraf.com xəbər verir ki, gənclər sosial şəbəkə üzərindən çağırış edərək Parisdə İnvalides meydanına toplanıblar. Gecə 23:00-dan sonra küçəyə çıxma qadağasına məhəl qoymayan gənclər parti keçirməyə cəhd göstəriblər.
Çoxluğun maska taxmadığını və qaydların pozulduğunu görən polis gözyaşardıcı qazdan istifadə edərək şənliyi dağıdıb.