13 İyun 2021 01:49
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada koronavirus əleyhinə edilən peyvəndlərin sayı 2,3 milyardı keçib.

Teleqraf.com-un məlumatına görə, istifadə edilən peyvəndlərin yarısından çoxu 3 ölkənin - Çin, ABŞ və Hindistan - payına düşüb. Hazırda dünyada koronavirusa qarşı 2 330 milyon peyvənd edilib ki, onlardan 863 510 mini Çinin, 306 510 mini isə ABŞ-ın, 249 600 mini isə Hindistanın payına düşür.

Dünya üzrə tam vaksinasiya olunmuş vətəndaşların sayına görə Seyşel adaları (hər 100 nəfərə 139,51 peyvənd) liderdir.


Müəllif: Teleqraf.com