13 İyun 2021 10:12
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Şiyan şəhərində qaz partlayışı baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası bildirib.

Məlumata əsasən, hadisə nəticəsində ən azı 11 nəfər həlak olub, 37 nəfər yaralanıb.

Bildirilib ki, partlayış yerli vaxtla saat 06:30 radələrində Çjanvan rayonunda baş verib. Partlayış bazar binasına ciddi ziyan vurub.


Müəllif: Teleqraf.com