13 İyun 2021 10:27
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya yeni bir hücum olarsa, Rusiya Prezidenti Vladimir Putinin ilk hədəfi Mariupol şəhəri olacaq.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

"Mariupol Putinin ilk hədəfidir. Mənim üçün Baydenin Putinlə görüşməsi yaxın aylarda Mariupol, Xerson, Odessa da daxil olmaqla, Rusiyanın genişmiqyaslı hücumundan qaçmaq üçün son real şansdır. Bu görüşdən öncə genişmiqyaslı hücum düşünürdüm. Hücuma demək olar ki, zəmanət verilmişdi. Bizim üçün bu görüşün qiymətini həddindən artıq qiymətləndirmək çətindir", - Saakaşvili qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər