13 İyun 2021 16:56
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton ABŞ Prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin arasındakı görüşdə keçmiş dövlət başçısı Donald Trampın nümayiş etdirdiyi mövqenin əksinə olaraq, sərtlik göstərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

“Ağ Ev üçün bu görüşdən sonrakı əsas məsələ, Trampın Putinlə ilk görüşündən sonra göstərdiyi dostluq münasibətlərindən fərqli olaraq, Baydenin Rusiya liderinə sərt mövqe nümayiş etdirdiyini açıqlaması olacaq”, - məlumatda qeyd edilib.

Bildirilib ki, Bayden ABŞ-ın müttəfiqləri ilə görüşlərdən sonra Cenevrəyə gələrək, Rusiyaya qarşı vahid cəbhə formalaşdırdığını nümayiş etdirəcək. Bundan əlavə, kanalın mütəxəssisləri Rusiya və Amerika liderlərinin birgə mətbuat konfransının Ağ Ev rəhbəri üçün “yüksək təhlükə anı” olacağını bildiriblər.

Mənbə danışıqların təkbətək aparılıb-aparılmayacağının hələ məlum olmadığını qeyd edib.

Xatırladaq ki, ABŞ və Rusiya liderlərinin görüşü iyunun 16-da Cenevrədə baş tutacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər