“Türkiyə ilə fikir ayrılıqlarımızın olduğu kimsəyə sirr deyil, amma bu gərginlik aradan qaldırılmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kirakos Miçotakis deyib.
“Böyük fikir ayrılıqlarımızın olduğu kimsəyə sirr deyil. Amma Türkiyə ilə yan-yana yaşayacağıq. Fikir ayrılıqlarını gərginliyi artırmadan, mədəni yolla aradan qaldırmağın yolunu tapmalıyıq”, - baş nazir qeyd edib.
Miçotakis iki ölkənin ortaq iqtisadi maraqlarının olduğunu və bu sahədə əməkdaşlıq edə biləcəklərini vurğulayıb:
“Türkiyə və Yunanıstan NATO üzvüdür. Fikir ayrılıqlarının dinc yollarla aradan qaldırılması və gərginliyin azaldılması NATO-nun da maraqlarına uyğundur”.
Qeyd edək ki, Yunanıstan baş naziri bu gün Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.