Meksikanın paytaxtı Mexikoda bir evdə aparılan axtarış zamanı 17 cəsədə aid sümüklər tapılıb.
Teleqraf.com xəbər verir ki, adının Andres olduğu ehtimal olunan, amma qanuna əsasən açıqlanmayan şəxsin evinin zirvəsində axtarış zamanı 17 cəsəd aşkarlanıb.
Məlumata görə, sözügedən həmin 17 nəfər illər əvvəl yoxa çıxıblar. 72 yaşlı şəxsin evində 3787 sümük parçası tapılıb.
Yerli media iddia edib ki, saxlanılan şəxs keçmişdə qəssab olub.
Qurbanlardan sonuncusu polis olub, onun arvadının səyi nəticəsində cinayətlərin üstü açılıb.