“ABŞ Prezidenti Co Bayden 50 ildir rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşır”.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki deyib.
Psaki qeyd edib ki, Bayden Putindən nə gözlədiyini yaxşı bilir: “Baydenin fikrincə, bu görüş etimad və dostluqdan yox, harada ümumi dil tapa biləcəyimizdən xəbər verir. Narahatlığımız olduğu yerlərdə dürüst və dəqiq olmaq lazımdır”.
O qeyd edib ki, ABŞ prezidenti rusiyalı həmkarı ilə əvvəllər də işləyib, buna görə də uzun illərin təcrübəsinə malikdir.
Psaki ABŞ-ın birinci xanımı Jill Baydenin ərinin Putinlə görüşə çox hazırlaşdığı barədə açıqlamasına zarafatyana münasibət bildirib: “Bu an üçün 50 ildir hazırlaşır...”
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri arasında görüş iyunun 16-da Cenevrədə keçiriləcək.