3 Noyabr 2014 16:54
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın mötədil Suriya müxalifləri ilə bağlı planı ağır zərbə alıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın dəstəklədiyi Suriya İnqilabi Cəbhəsi və Əzm Hərəkatı təşkilatları bazalarını və ABŞ-dan aldıqları silahları Əl-Qaidə terror quplaşmasının qolu sayılan Əl Nusra cəbhəsinə verərək təslim olub.

Rəsmilər bildirirlər ki, Əl Nusra Türkiyə sərhədi yaxınlığındakı İdlib əyalətinin şimalında hücuma keçib. Qarşıdurmalar zamanı adı çəkilən suriyalı təşkilat üzvləri məğlubiyyətə uğrayıb və Əl Nusraya qoşulub.

Qeyd edək ki, ABŞ 6 ay ərzində suriyalı təşkilatlara “Grad” və “Tow” raketləri kimi ağır silahlarla yardım edib.

Samir


Müəllif:

Oxşar xəbərlər