Danimarka Xarici işlər naziri Yeppe Kofoda Rusiyanın bu ölkədəki səfirini XİN-ə çağırıb.
Teleqraf.com xəbər verir ki, belə bir qərarın keçən həftə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin krallığın hava məkanını pozması xəbərləri ilə əlaqədar verildiyi qeyd olunub.
“Bu, ciddi və birmənalı diplomatik addımdır. Rusiya səfirinə bu cür təxribat xarakterli uçuşların dayandırılması lazım olduğu aydın oldu”, - nazir bildirb.
Danimarka Müdafiə Nazirliyi iyunun 11-də Rusiyanı hava məkanını pozmaqda ittiham edib. Açıqlamada Rusiya təyyarələrinin gündə iki dəfə Danimarka hava məkanını pozduğu bildirilib.