15 İyun 2021 21:37
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın nüvə təyyarə gəmisi “Ronald Reyqan” Amerika Hərbi Dəniz Qüvvələrinin zərbə qrupunun daxilində Cənubi Çin dənizinə girib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Yeddinci Donanmasının mətbuat xidməti məlumat verib.

Vaşinqtonun bu bölgədə dənizlərin təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar apardığı qeyd olunub. Əməliyyatlar zamanı hərbçilər havada və suda manevrlər edir və bölmələrin taktiki hazırlığı ilə məşğul olur.

ABŞ-ın dəniz qüvvələrinin mübahisəli ərazi sularında və Çin adaları yaxınlığında olması Pekinin etirazına səbəb olub. Bundan əvvəl Çin rəsmiləri ABŞ-ın Cənubi Çin dənizindəki hərbi mövcudluğunu beynəlxalq sabitlik və təhlükəsizliyə xələl gətirən təxribat hesab etdiklərini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu