15 İyun 2021 10:33
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Vaşinqtonun Rusiya ilə “etibar et, amma təsdiq də et” prinsipi ilə əməkdaşlıq edəcəyini söyləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Tvitter hesabında yayımlanan bir məlumata deyilib.

“Əvvəlcə Rusiya ilə əldə edilmiş razılaşmaları yoxlayın, sonra onlara etibar edin. Etibar yox, razılaşma var. Rəqiblərinizlə müqavilə imzaladığınız vaxt “Sizə etibar edirəm” demirsiniz. “Müqavilələri pozsanız, biz də müqavilələri pozacağıq” deyirsiniz”, - Amerika lideri bildirib.

Qeyd edək ki, Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasındakı görüş iyunun 16-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər