15 İyun 2021 18:40
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyədən və Prezident Rəcəb Tayyib Ərdoğandan Suriyaya hərbi müdaxilə edilməsini xahiş edirik”.

Teleqraf.com xəbər verir ki, bunu Suriya Müxalif və İnqilabçı Qüvvələri Koalisiyasının rəhbəri Nəsir Həriri deyib.

O, YPG/PKK terror təşkilatının Suriyanın şimalında qanlı aktlar törətdiyini bildirib:

“Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğandan, eləcə də Suriyanın taleyindən narahat olan bütün azad dünyadan Menbiç və Təl-Rıfat şəhərlərini və digər bölgələri silahlılardan azad etmək üçün hərbi müdaxilə tələb edirik.

Bu terror təşkilatına dəstək verən ölkələrdən, xüsusən də ABŞ-dan təşkilata hərbi və siyasi dəstəyi dayandırmalarını və ağır silahlarını geri çəkməsini istəyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər